Bakıda 40 manat borca görə kişiyə işgəncə verdilər

Bakıda 40 manat borca görə kişiyə işgəncə verdilər

Hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Paytaxtın Nəsimi rayonunda iki nəfər 42 yaşlı kişini döyərək, ona işgəncə verib.

Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Dilarə Əliyeva küçəsi, ev 122, mənzil 4 ünvanında baş verib. 

İnsidentə səbəb isə 1977-ci il təvəllüdlü Həsənov Azər Əliyyə oğlu Rövşən adlı tanışından 40 manat borc alıb onu vaxtında qaytarmaması olub. 

Rövşənin dostu Elmir adlı şəxs Azər Həsənovu mebel daşımağa kömək etmək adı ilə aldadaraq Rövşənin yaşadığı ünvana aparıb. 

Həmin ünvanda Elmir və Rövşən Azər Həsənovu dəmir parçası ilə döyərək ona ağır işgəncələr verib. 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Bakucity.az

Bakı borc
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər