Bakıda qanlı dava - Generalın qohumu öldürüldü

Bakıda qanlı dava - Generalın qohumu öldürüldü, Seymur

İki sürücü yolda dava edib.

Avqustun 31-də, gecə saatlarında paytaxtın Yasamal rayonunda qətl hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, insidentə səbəb yolda iki sürücünün mübahisə etməsi olub.

Mübahisə zəminində sürücülərdən biri 1990-cı il təvəllüdlü şəxs (ad və soyad açıqlanmır) döş qəfəsindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, qətlə yetirilən şəxs Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun qayını oğludur.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. (Bakupost.az)

Bakı qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər