Bakıda “Neftçi”nin oyununda kütləvi dava düşdü - VİDEO

Meydan sahibləri son dəqiqədə qələbə qolunu vurublar.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” qarşılaşması dava ilə bitib. 

Bakucity.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın sonunda Bakı klubunun müdafiəçisi Anton Krivoçukla “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov arasında mübahisə yaşanıb.

Hadisə “Neftçi”nin son dəqiqələrdə vurduğu qələbə qolundan sonra baş verib. Vurğun Hüseynov flaqmanın futbolçusu Anton Krivoçukun bu qolu qeyd edərkən təxribata yol verdiyini hesab edərək ona hücum çəkib.

Bundan sonra meydanda digər futbolçular, o cümlədən, məşqçi heyətinin üzvləri arasında qarşıdurma başlayıb.

Sonda hər iki futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi” qarşılaşmada geridönüşlə qələbə qazanıb. Oyunda hesabı 33-cü dəqiqədə “Sumqayıt” açıb. Mehdi Şərifi penalti zərbəsini dəqiq yerinə yetirib.

Matçın 64-cü dəqiqəsində Emin Mahmudov hesabı bərabərləşdirib. Meydan sahiblərinin qələbə qolunu isə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Stiven Monroz vurub.

Yeni mövsümdə ilk qələbəsindən sonra “Neftçi” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. Flaqmanın hesabında 4 xal var. “Sumqayıt” isə 3 xalla 6-cı pillədə qərarlaşıb.

Bakucity.az

Bakı futbol dava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az
Cəmiyyət
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür. Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur. Ekspres və müntəzəm marş...
Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Cəmiyyət
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...