Hadisə Bakı-Mərdəkan avtomobil yolunda baş verib.
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakucity.az-ın məlumatına görə, hadisə paytaxtın Bakı-Mərdəkan avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədov Fərid Məmmədağa oğlu idarə etdiyi “Wolkswagen Passat” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü F.Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin - 1997-ci il təvəllüdlü Şükürlü İsmayıl Ədalət oğlu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb. (Trend)
Bakucity.az