Vilayət Eyvazov Bakıda yeni rəis təyin etdi

Vilayət Eyvazov Bakıda yeni rəis təyin etdi, Seymur

Daxili işlər naziri əmr imzalayıb.

Polis polkovniki Ayxan Bağırov Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi təyin edilib.

Bakucity.az xəbər verir ki, müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Bu təyinata qədər həmin vəzifədə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni polis polkovniki Azər Sadıqov çalışırdı.

O, Nabrandakı “El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi. Sonradan Türkiyədəki klinikada dünyasını dəyişmişdi. 

Xatırladaq ki, bir ay öncə Yasamal RPİ-nin 29-cu PŞ-nin keçmiş rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyev vəzifəsindən azad edilərək Xəzər RPİ-nin Binə Polis Bölməsinin rəisi təyin olunub.

Bakucity.az

Bakı polis təyinat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər