Bakıda generalın qohumunu öldürən tutuldu - TƏFƏRRÜAT

Bakıda generalın qohumunu öldürən tutuldu - TƏFƏRRÜAT

Polis üç nəfəri saxlayıb.

Avqustun 31-də Bakıda baş verən qətl hadisəsi ilə bağlı üç nəfər tutulub.

Bakucity.az-ın xəbərinə xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıb.

Qeyd edək ki, hadisə zamanı H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşıda gedən maşının sürücüsü F.Məmmədovla yol üstündə mübahisə edib. Mübahisə zəminində H.Babverdiyev F.Məmmədova ürək nahiyəsindən bıçaqla zərbə vurub. Sonuncu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qətlə yetirilən F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur. 

Faktla bağlı araşdırma aparılır.

Bakı qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər