Yeni ticarət və əyləncə mərkəzi beş mərtəbədən ibarət olacaq.
Bakıda yeni ticarət mərkəzinin tikintisinə başlanılıb.
Bakucity.az xəbər verir ki, yeni beş mərtəbəli TM Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında inşa olunur.
Ticarət və əyləncə mərkəzi keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) olacaq.
“Təbriz Centre” MMC tərəfindən reallaşdırılan mərkəzin altında iki mərtəbəli avtomobil dayanacağı da nəzərdə tutulur. (Marja.az)