Bakıdan Moskvaya külli miqdarda pul aparan əcnəbi tutuldu - FOTO

Bakıdan Moskvaya külli miqdarda pul aparan əcnəbi tutuldu - FOTO

Qazaxıstan vətəndaşı saxlanılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskvaya getmək istəyən Qazaxıstan vətəndaşı saxlanılıb.

Bakucity.az xəbər verir ki, o, gömrük nəzarətindən keçərkən baqajında olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. 

Sərnişin gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. 

Ona məxsus baqaj rentgen aparatından keçərkən orada valyutaya bənzər təsvirlər əks olunub. Bundan sonra vətəndaş saxlanılıb və çantasına baxış keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı ona məxsus baqajın içərisindəki pul qabında, əl çantasında, sellofan paketdə cəmi 3 mln. 531 min 350 rus rublu, 6 253 ABŞ dolları və 400 manat aşkarlanıb.

Bakıdan Moskvaya külli miqdarda pul aparan əcnəbi tutuldu - FOTO, fotoşəkil-1

Bakucity.az

Bakı aeroport
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər