İnsanlar Bakıdakı yeni ictimai çimərlikləri belə korlayırlar - VİDEO

İnsanlar Bakıdakı yeni ictimai çimərlikləri belə korlayırlar - VİDEO, Seymur

Sürücü avtomobilini dayanacaqda yox, qumun üstündə saxlayıb.

Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərliklər yaradılıb. 

Bakucity.az xəbər verir ki, ilk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazisində, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Gömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb. 

Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinələri, 2 yerdə duş, 2 yerdə ikikabinəli sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.

Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Çimərliklərə giriş və digər xidmətlər pulsuzdur.

Lakin, təəssüf hissi ilə qeyd edək ki, bəzi sakinlər və paytaxtımızın qonaqları bu işi qiymətləndirməyiblər. 

Blogger Aqil Uluxanlının çəkdiyi kadrlarda görünür ki, “Niva” markalı avtomobil maşınlar üçün dayanacağın olmasına baxmayaraq, nəqliyyat vasitəsini qumun üstündə, insanların istirahət etdiyi yerdə saxlayıb. Bununla da, o, çimərlikdə istirahət edənlərə narahatlıq yaradıb, həmçinin təhlükəsizlik qaydalarını pozmuş olub.

Bakucity.az

Bakı çimərliklər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər