Bakıda minlərlə ağac kəsiləcək

Bakıda minlərlə ağac kəsiləcək, Seymur

Proses kökü üstə tam qurumuş ağaclar kəsilib bitənədək davam edəcək.

Bakıda 1200-dən çox qurumuş ağac kəsilib.

Bakucity.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, ümumilikdə paytaxtın 12 rayonu üzrə ümumilikdə beş minə yaxın ağacın quruduğu müəyyənləşib:

“Bəzən bu proses zamanı çətinliklər yaranır. Misal üçün, həmin ağacların yaxınlığında avtomobillər saxlayır və ya həmin ərazidə hərəkət sıxlığı müşahidə olunur.

Proses kökü üstə tam qurumuş ağaclar kəsilib bitənədək davam edəcək. Bunun nə qədər davam edəcəyi məlum deyil”. 

Qeyd edək ki, avqustun 5-də baş verən güclü külək zamanı 50 ağac aşıb, 14-ü kökündən çıxıb. Hadisələr zamanı beş nəfər xəsarət alıb, 10 avtomobil əzilib. (oxu.az)

Bakucity.az

Bakı ağac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər