Bakıda təhlükəli təbiət hadisəsi gözlənilir - XƏBƏRDARLIQ

Payızda yağışların intensivləşməsi nəticəsində Bayıl yamacında sürüşmə ola bilər.

Bakıda yağışların intensivləşməsi nəticəsində Bayıl yamacında sürüşmənin olması gözlənilir.

Bakucity.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, yerli sakinlər Badamdardakı 20-ci sahə avtomobil yolunun açılmasını istəyirlər. Qeyd edək bu yol ötən ilin oktyabr ayında sürüşmə baş verdiyinə görə bağlanıb.

Ə.Qaralaov hazırda həmin ərazidə vəziyyətin stabil olduğunu vurğulayaraq eyd edib ki, gələcəkdə sürüşmənin baş verməyəcəyinə zəmanət vermək olmaz. 

“Kütlə artıq əvvəlki stabil vəzyiyyətini dəyişib, gələcəkdə həmin ərazidə sürüşmənin olması gözlənilir. Bildiyiniz kimi, yağış suları alt süxurlara təsir etdiyi zaman sürüşmə baş verir. Payız mövsümündə də yağışlar artdığı zaman sürüşmə kütləsində aktivlik qeyd oluna bilər”.

Əziz Qaralov həmçinin qeyd edib ki, yağışların miqdarı çoxalan zaman subasma halları olacaq.

Bakı sürüşmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər