Bakıya yüzlərlə yeni avtobus gətirilir - FOTO

Bakıya yüzlərlə yeni avtobus gətirilir - FOTO, Seymur

Hər birinin qiyməti yarım milyon manatdır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə paytaxtımıza Türkiyədə istehsal edilən 300 yeni avtobus gətirilir.

Bakucity.az xəbər verir ki, nəqliyyat vasitələri “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal olunub.

Yeni avtobuslar yaxın aylarda istifadəyə veriləcək.

Paytaxta gətirilən həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə buraxılacağı gözlənilir.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, avtobusların 28-i 12 metrlik, 20-si isə 18 metrlikdir.

Qeyd edək ki, avtobusların tədarükü ilə bağlı BNA və “BMC Otomativ Sanaye ve Ticaret A.S.” arasında müqavilə 2018-ci il oktyabrın 23-də imzalanıb.

Müqaviləyə əsasən Bakı üçün istehsal edilən avtobuslar “BMC Procity (12 M) CNG” və “BMC Procity (18 M) CNG” modelləridir. Avtobuslar sıxılmış qazla işləyir. 12 metrlik avtobus 90 sərnişin (30 oturacaq + 60 ayaq üstə), 18 metrlik avtobus isə 165 sərnişin (38 oturacaq + 138 ayaq üstə) tutumuna malikdir.

“BMC Procity (12 M) CNG”in rəsmi satış qiyməti 519 min 356 manatdır (381 min 880 manat + 137 min 476 manat (36 faiz)).

“BMC Procity (18 M) CNG” modelinin qiyməti göstərilməsə də, dizel versiyası 1 milyon 675 min lirəyə satılır. Bu da gömrük vergisi ilə birlikdə Azərbaycan valyutası ilə 668 min 278 manat edir. (Baku.ws)

Bakıya yüzlərlə yeni avtobus gətirilir - FOTO, fotoşəkil-1 Bakıya yüzlərlə yeni avtobus gətirilir - FOTO, fotoşəkil-2

Bakucity.az

Bakı avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər