Bakıda bu ünvanlarda yerləşən binalar sökülür - SİYAHI

Köçürüləcək sakinlərə təzminat ödəniləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına əsasən, paytaxtın altı rayonunda yerləşən 17 qəzalı bina söküləcək.

Bakucity.az xəbər verir ki, Binəqədi, Yasamal, Səbail, Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşən bu tikililərdə bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün deyil.

Bu səbəbdən sakinlərin köçürülməsi barədə qərar qəbul edilib.

Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Binəqədi rayonunda yerləşən iki ünvanda qəzalı vəziyyətdə olan binaların sakinlərinə 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə isə min manat, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə min manat ödənilməsi nəzərdə tutulub.

Həmçinin bildirilir ki, onlara ev əşyalarının daşınmasına köməklik, bir aylıq kirayə haqqına görə 500 manat əlavə vəsait veriləcək. 

“Prosesə artıq iyul ayından başlanılıb. Bu günə qədər 90 mənzil sahibi ilə razılaşma əldə olunub. Onların 50 faizi yardım alıb, digərlərinin sənədləri ilə bağlı işlər aparılır”. (baku.ws)

Qeyd edək ki, Bakının 6 rayonunda yerləşən kəskin qəzalı vəziyyətdə olan və söküləcək binaların siyahısnı təqdim edirik:

BAKININ RAYONLARINDA SÖKÜLƏCƏK KƏSKİN QƏZALI BİNALAR

Binəqədi rayonu

8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41,

Koroğlu Rəhimov küçəsi 53A

Yasamal rayonu

M.A.Əliyev küçəsi 150

Səbail rayonu

20-ci sahə, A.İsmayılov küçəsi 51

Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

A.Əsədullayev küçəsi 27

M.Rəsulzadə dalan 3, ev 2

Sabunçu rayonu

B.Bünyadov küçəsi, 7A

2 Aprel küçəsi, ev 8A

2 Aprel küçəsi-18

D.Pişəvari küçəsi 13Q

D.Pişəvari küçəsi 15

Park küç-32

S.Bəhlulzadə dön-17 ev- 15

Suraxanı rayonu

İ. Məmmədov küç. 6

İ. Məmmədov küç-8

Xətai rayonu

General Şıxlinski küçəsi 42

Bakucity.az

Bakı binalar söküntü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...
Hadisələr
Bakının Binəqədi rayonunda 10 mərtəbəli binada yanğın olub.  BakuCity.az xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb olunub.  Qonşuların dediyinə görə ev ailənin 6 yaşlı övladınin ehtiyatsızlığından yanıb. Mənzilin özəl klinikalardan birində çalışan tanınmış həkimə məxsus olduğu bildirilir. (milli.az) BakuCity.az
Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...