Bakıda məşhur bankın sədri işdən çıxıb

Bakıda məşhur bankın sədri işdən çıxıb, Seymur

Onun vəzifəsini müvəqqəti olaraq sədr müavini icra edir.

“Express Bank” ASC-nin İdarə Heyətinin sədri İlham Həbibullayev işdən çıxıb.

Bakucity.az xəbər verir ki, onu müvəqqəti olaraq sədr müavini Mehman Məmmədov əvəz edir. 

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. 

Onun nizamnamə kapitalı 137,257 milyon manatdır. Bankın səhmlərinin səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. (Report)

Bakı bank
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər