Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızına 14 bıçaq zərbəsi endirib.
S.Quliyev daha sonra baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub və ərazidən qaçıb.
Yaralılar 1 saylı şəhər xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və vəziyyəti ağırdır.
Hazırda polis əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb. (APA)
Bakucity.az