Yağış Bakını iflic etdi: Bu küçələrdə işıqforlar işləmir - SİYAHI

 Yağış Bakını iflic etdi: Bu küçələrdə işıqforlar işləmir - SİYAHI, Seymur

İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.

Bakıda bəzi yol kəsişmələrində işıqforların işində problemlər yaranıb. 

Bakucity.az xəbər verir ki, gecə saatlarında yağan yağışla əlaqədar paytaxtın doqquz küçə və prospekt kəsişməsində işıqforlar işləmir:

1. H.Zərdabi küçəsi - A.Abbasov küçəsi

2. Azadlıq prospekti - N.Gəncəvi küçəsi

3. 28 may küçəsi - A.Puşkin küçəsi

4.  A.Puşkin - Ə.Xəqani küçəsi

5. Azadlıq prospekti - Y.V.Çəmənzəminli küçəsi

6. Azadlıq prospekti - M.Araz küçəsi

7. M.K.Atatürk prospekti - M.Araz küçəsi

8. Azadlıq prospekti - M.Mirqasımov küçəsi

9. Ş.İ.Xətai prospekti - N.Quliyev küçəsi

İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən bərpa işlərinə qədər ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Bakucity.az

Bakı işıqfor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər