Bakının bu ərazilərində qaz olmayacaq

 Bakının bu ərazilərində qaz olmayacaq, Seymur

Qaz təchizatı 2 saatlıq dayandırılacaq.

Bu gün paytaxtın Binə kəndində qaz təchizatında məhdudiyyətlət olacaq.

Bakucity.az-ın xəbərinə görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində qaz təchizatı dayandırılacaq.

Bundan əlavə saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı məhdudlaşdırılacaq. 

Bakucity.az

Bakı qaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər