Küçədə tapılan kişinin bədənində köhnə əzilmiş xəsarətlər aşkarlanıb.
Paytaxtın Binəqədi rayonunda küçədə yıxılmış vəziyyətdə tapılan kişi xəstəxanada ölüb.
Bakucity.az xəbər verir ki, tüfeyli həyat tərzi keçirən, 1968-ci il təvəllüdlü Rüstəmov Ağamurad Əlağa oğlu Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “klub” adlanan ərazinin yaxınlığında uzanmış vəziyyətdə aşkarlanıb.
Xəstəxanaya yerləşdirilən A.Rüstəmov bildirib ki, küçədə yıxılaraq xəsarətlər alıb.
Amma müayinə zamanı onun baş və bədən səthində köhnə əzilmiş xəsarətlər aşkarlanıb.
Həkimlərin səylərinə baxmayaraq A.Rüstəmov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bakucity.az