Bakıda mammoplastika əməliyyatı: harada və neçəyə?

Bakıda mammoplastika əməliyyatı: harada və neçəyə?, Seymur

Bəzi klinikalarda həkim məsləhətləri pulsuzdur.

Bugünkü məqalədə Bakucity.az mammoplastikanın ən vacib nüanslarını araşdırıb. “Avrasiya Hospital” Klinikasının plastik, estetik və rekonstruktiv cərrahı, həkim Rövşən Babayev bu işdə bizə kömək edib.

Bilmək vacibdir

Suallarımızı cavablandıran mütəxəssis, rinoplastikanın şəhərimizdə ən populyar olduğunu bildirib. Həkimin fikrincə, bu, Qafqaz antropologiyası adlanan bölgə problemidir. Liposaksiya və mammoplastika isə ikinci yeri bölüşdürürlər:

“Hazırda Bakıda mammoplastika (döş plastik əməliyyatı) olduqca populyardır. əsasən 18-50 yaş arasında xanımlar müraciət edir. Bu əməliyyatın əks göstəriciləri demək olar ki, yoxdur. Sadəcə, ümumi anesteziya tətbiq etməzdən əvvəl standart testlərdən keçmək mütləqdir. Bundan əlavə, pasiyentin mammoqrafiya və ultrasəs (USM) müayinələrdən keçməsi də vacibdir. Ümumiyyətlə, 30 yaşdan sonra bütün qadınların hər altı ayda bir mammoloqda müayinədən keçməsi arzu olunur. Bu, məmə xərçənginin qarşısının alınması üçün vacibdir.

Konsultasiya zamanı həkimin pasiyentlərə hansı şirkətin implantlarından istifadə ediləcəyini izah etməsi də vacibdir. Bu, xəstənin həmin şirkət barədə bütün lazımi məlumatları diqqətlə mənimsəməsinə və belə desək, müsbət və mənfi tərəflərini anlayaraq qərar verməsinə kömək edir. 

Qanunla, hər bir implantın üstündə onun ölçüsünü, buraxılma tarixini və ştrix kodunu əks etdirən CE1* işarəsi olmalıdır. Bu sənəd döşlərinin ölçüsünü dəyişdirmək istəyən pasiyentə təqdim edilməli, bir nüsxəsi isə xəstəlik haqqında onun arxiv sənədlərinə əlavə olunmalıdır”. 

Rövşən Babayev onu da qeyd edib ki, ölkəmizdə hələ də bir çox insan səhvən bu əməliyyatın gələcəkdə məmə xərçənginə səbəb ola biləcəyinə inanır. 

“Bu mifdir! ABŞ-da FDA (Food and Drug Administration) var ki, qida və dərmanların keyfiyyətinin sanitar nəzarətinə məsuldur. 15 ildən çoxdur ki, FDA implant istehsalçılarından statistika toplayır, buna görə məmə xərçənginə səbəb olan heç bir xəstə qeydə alınmayıb. Bu gün təcrübəmizdə yalnız bu təşkilat tərəfindən tanınan şirkətlərin məhsullarından istifadə edirik”, - deyə həkim bildirib.

Döşlərinin ölçüsünü dəyişdirməyi düşünən bir çox qadını narahat edən başqa bir vacib sual: implantların “kök almaması” riski varmı? 

Plastik cərrahın dediyinə görə, onun təcrübəsində belə hallar olmayıb.

“İstifadə olunan implantların keyfiyyəti də mühüm rol oynayır. Yaxşı mütəxəssis yalnız tanınmış və FDA tərəfindən təsdiqlənmiş firmaların məhsullarından istifadə edir. Bu gün istehsalçılar implantın qabığını insan bədəni ilə mümkün qədər eyniləşdirməyə çalışırlar, buna görə bədən yad cismi daha asan qəbul edə bilər.

İmplantasiya edilmiş implantın ətrafında kapsululyar kontrakturanın meydana gəlməsi ehtimalı da var. Bu isə bədənin normal reaksiyasıdır və əsas odur ki, həmin kapsul implanta yapışmır, nazik həm də elastikdir. Bu vəziyyətdə sinə təbii formasını saxlayacaq. Palpasiya zamanı sıxılma hiss olunursa, bu kapsulasiyanın əmələ gəldiyini göstərir. Belə vəziyyətdə masaj və iltihab əleyhinə enjeksiyonlar ilə xüsusi müalicə kursu təyin edirik”.

R. Babayevin sözlərinə görə, bir çox pasiyent səhvən inanır ki, yeni büst ölçüsünü özü də seçə bilər. Əlbətdə, ölçüsü və həcmi pasiyentlə müzakirə olunur, ancaq sonra mütəxəssis implantı fərdi anatomiyaya, habelə qadının məmə toxumasının vəziyyətinə görə seçir. Ən çox yayılmış həcm 300 ilə 450 mm3 arasında dəyişir, ancaq 200 ilə 600 sm3 arasında dəyişən də olur. Hərdən isə öncə döşlərə forma verib sonra böyütmək lazım gəlir.

Qiymətlər

Paytaxtda bu cür əməliyyatların həyata keçirildiyi müəyyən klinikalar var. Onların arasında: “Istambul NS”, “Baku Medikal Plaza”, “Mərkəzi Gömrük Hospital”, “Spero Hospital”, “Medi Style Hospital”da cərrahlarla məsləhətləşmək ödənişsizdir. Əməliyyatın qiymətinə gəldikdə, klinikalardan aldığımız məlumatlara görə, bu, yalnız həkim müayinəsindən sonra müəyyən edilə bilər.

Saytımız bəzi klinikalarda mammaplastikanın təxmini qiymətləri barədə də öyrənib. 

Beləliklə, “Celamig”dakı cərrahla məsləhətləşmək hər pasiyentə 30 manata başa gəlir. Əməliyyatın qiyməti isə 2500-3000 manat arasında dəyişir.

“Medılux”da məsləhət pulsuz verilir, əməliyyatın qiyməti isə 3500-3800 manat arasında dəyişir.

“Milana Hospital”da mammoplastika 4000 ilə 4500 manata başa gələ bilər, məsləhət isə pulsuzdur.

Züleyxa İsmayılova

Bakucity.az

Bakı əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər