Bakıda dilənçi-narkotacir tutuldu

Bakıda dilənçi-narkotacir tutuldu, Seymur

Polis əməliyyat keçirib.

Bakıda dilənçilik adı altında narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.

Bakucity.az-ın xəbərinə görə, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan paytaxt sakini Xəyal Hacıyev saxlanılıb. 

Onun üzərindən təmiz çəkisi 2,188 qram güclü təsiredici xassəyə malik heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində sağlam olmasına baxmayaraq özünü fiziki imkanları məhdud olan şəxs kimi təqdim edərək paytaxt ərazisində dilənçiliklə məşğul olduğunu bildirib. X.Hacıyev dilənçi görkəmi yaratmaqla diqqəti özündən yayındırmaq isdədiyini və bu üsulla rahat şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Saxlanılan şəxs dilənçiliklə əldə etdiyi pul vəsaitlərini də narkotik vasitə almağa xərclədiyini də qeyd edib.

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Bakucity.az

Bakı dilənçi narkotik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər