Nazir Ceyhun Osmanlının anasına Bakıda vəzifə verdi

 Nazir Ceyhun Osmanlının anasına Bakıda vəzifə verdi, Seymur

Təhsil naziri əmr imzalayıb.

Keçmiş deputat Ceyhun Osmanlının anası Xuraman Osmanovaya vəzifə verilib.

Bakucity.az xəbər verir ki, X.Osmanova Bakının 238 saylı orta məktəbinin direktoru vəzifəsinə təyin edilib. 

Müvafiq əmri Təhsil naziri Ceyhun Bayramov imzalayıb.

X.Osmanova bundan əvvəl S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru olub.

238 saylı məktəbin direktoru İlqar Talıbov isə müvafiq əmrlə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru olub. (yenisabah.az)

 Nazir Ceyhun Osmanlının anasına Bakıda vəzifə verdi, fotoşəkil-1

Bakucity.az

Bakı təyinat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər