Bakıda ən çox gözlənilən “Jara” filminin premyerası olacaq - FOTO

Bakıda ən çox gözlənilən “Jara” filminin premyerası olacaq - FOTO, Seymur

Tanınmış rusiyalı artistlər paytaxtımıza qapalı nümayişə gələcəklər.

Ötən yayın ən çox gözlənilən kino premyeralarından bir də “Jara” filmi oldu.

Bakucity.az xəbər verir ki, film “Jara-2018” beynəlxalq musiqi festivalı dövründə çəkilib.

Cari ildə keçirilən festivalda Azərbaycanın Xalq artisti Emin Ağalarov saytımıza açıqlamasında bildirmişdi ki, Bakıda yeni filmin premyerası sentyabrın 5-də baş tutacaq.

Bu layihədə tanınmış müğənni E.Ağalarov baş prodüser rolunda çıxış edib.

Tədbir Heydər Əliyev Mərkəzində keçiriləcək. 

“Team Films” prodüser şirkətinin mətbuat xidmətindən bildiriblər ki, nümayişdə Maqomed Murtazaaliyev, Dmitri Lısenkov, Nail Əbdrəhmanov, həmçinin Emin Ağalarovun özü də iştirak edəcək.

Filmin süjetinə görə, baş qəhrəman, istedadlı debütant Daşa Steklova Azərbaycan paytaxtına festivalda çıxış etmək üçün gəlir. Gənc oğlanla (həm də filmin prodüseridir) mübahisə onun planlarını dəyişdirir. Bakıda qızı çoxlu yeniliklər gözləyir, və burada, o, arzusuna çatacaq.

Filmdə baş rolu Diana Pojarskaya canlandırıb. Filmdə həmçinin Qriqori Leps, Nikolay Baskov, Ani Lorak, Valeriya, Filipp Kirkorov, Timati və digər tanınmış simalar yer alıb.

Qeyd edək ki, “Jara” komediyasının artıq Moskvada nümayişi baş tutub. Gecədə Rusiya şou-biznesinin tanınmış simaları – Filipp Kirkorov, Nyuşa, Valeriya, Yuliya Baranovskaya, Anna Çipovskaya, Emin Ağalarov və digər şəxslər iştirak ediblər.

Bakıda ən çox gözlənilən “Jara” filminin premyerası olacaq - FOTO, fotoşəkil-1 Bakıda ən çox gözlənilən “Jara” filminin premyerası olacaq - FOTO, fotoşəkil-2 Bakıda ən çox gözlənilən “Jara” filminin premyerası olacaq - FOTO, fotoşəkil-3 Bakıda ən çox gözlənilən “Jara” filminin premyerası olacaq - FOTO, fotoşəkil-4 Bakıda ən çox gözlənilən “Jara” filminin premyerası olacaq - FOTO, fotoşəkil-5

Züleyxa İsmayılova

Bakucity.az

Bakı jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər