Üç uşağını götürüb evdən çıxan qadın Bakıda tapıldı - FOTO

Üç uşağını götürüb evdən çıxan qadın Bakıda tapıldı - FOTO, Seymur

Qadın övladları birlikdə yaşadığı evdən çıxaraq geri qayıtmamışdı.

Siyəzəndə iki ay əvvəl üç azyaşlı övladı ilə birlikdə itkin düşən Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb. 

Bakucity.az xəbər verir ki, 30 yaşlı qadın avqust ayının 30-u Bakıda tapılıb. 

Xatırladaq ki, Siyəzən rayonunun Yenikənd kənd sakini olan qadın iyulun 23-də itkin düşmüşdü.

O, səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq geri qayıtmamışdı.

Bakucity.az

Bakı qadın tapıldı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər