Milli Qəhrəman Albert Aqarunova Bakıda heykəl qoyuldu - FOTO

Milli Qəhrəman Albert Aqarunova Bakıda heykəl qoyuldu - FOTO

Heykəl Albert Aqarunov küçəsində yerləşən dairədə quraşdırılır.

Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdirilir.

Bakucity.az xəbər verir ki, paytaxtın Nərimanov rayonunda Milli Qəhrəmana heykəl ucaldılır.

Saytımıza açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, heykəl Albert Aqarunov küçəsində yerləşən dairədə quraşdırılıb.

Qeyd edək ki, Albert Aqarunov yəhudi əsilli Azərbaycan Milli Qəhrəmanıdır. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. 

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə tahsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

Milli Qəhrəman Albert Aqarunova Bakıda heykəl qoyuldu - FOTO, fotoşəkil-1

Bakucity.az

Bakı Milli Qəhrəman
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər