Bakıda yol çökdü - FOTO

Bakıda yol çökdü - FOTO

Sürücülərdən diqqətli olmaları xahiş olunur.

Paytaxtın Binəqədi rayonunda yol çöküb.

Bakucity.az xəbər verir ki, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib.

Nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. 

Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən ərazidə qazıntı-bərpa işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakıda yol çökdü - FOTO, fotoşəkil-1 Bakıda yol çökdü - FOTO, fotoşəkil-2 Bakıda yol çökdü - FOTO, fotoşəkil-3 Bakıda yol çökdü - FOTO, fotoşəkil-4

Bakucity.az

Bakıda yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər