Bakıda yağışlar nə vaxta qədər davam edəcək?

Bakıda yağışlar nə vaxta qədər davam edəcək?, Seymur

Paytaxtda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Bakucity.az xəbər verir ki, sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda 18 mm (aylıq normanın 104 faizi), Maştağada 12 mm (aylıq normanın 53 faizi), Binədə 8, Pirallahıda 5 mm olub.

Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək.

Bakucity.az

Bakı hava yağış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər