Bakıda vəhşilik: “BakuBus”ın pəncərəsini sındırdılar - FOTO

Bakıda vəhşilik: “BakuBus”ın pəncərəsini sındırdılar - FOTO, Seymur

Hadisə Gəncə prospektində qeydə alınıb.

Sentyabırn 2-də Bakıda “BakuBus” MMC-yə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb.

Bakucity.az xəbər verir ki, hadisə axşam saat 20:00 radələrində Gəncə prospektində qeydə alınıb.

21 nömrəli marşrut xətti üzrə metronun “28 May” stansiyasının qarşısından “Əhmədli” stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb. 

Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb.

Hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon 35-ci Polis Bölməsində araşdırma başlanıb.

Bakıda vəhşilik: “BakuBus”ın pəncərəsini sındırdılar - FOTO, fotoşəkil-1 Bakıda vəhşilik: “BakuBus”ın pəncərəsini sındırdılar - FOTO, fotoşəkil-2 Bakıda vəhşilik: “BakuBus”ın pəncərəsini sındırdılar - FOTO, fotoşəkil-3 Bakıda vəhşilik: “BakuBus”ın pəncərəsini sındırdılar - FOTO, fotoşəkil-4

Bakucity.az

Bakı avtobus pəncərə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər