Hadisə zamanı üç nəfər yanıq xəsarətləri alıb.
Ötən gecə paytaxtın Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakucity.az-ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.
Nizami küçəsində baş verən yanğın zamanı 18 nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində üç bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.