Bakı sakinlərinin diqqətinə: Eldar Əzizov sərəncam imzaladı

Bakı sakinlərinin diqqətinə: Eldar Əzizov sərəncam imzaladı, Seymur

BŞİH sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə müraciət ünvanlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə müraciət ünvanlayıb.

Bakucity.az-ın xəbərinə görə, İcra Hakimiyyəti müraciətində Bakı sakinlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyyə edib.

Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb. Sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.

Məlumatda həmçinin bildirilib ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirib, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. 

“Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək”, - deyə müraciətdə qeyd olunub.

Bakucity.az

Bakı yaşıllıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər