Məleykə Əsədova Bakıda qəzaya düşdü - YENİLƏNİB + FOTO

Məleykə Əsədova Bakıda qəzaya düşdü - YENİLƏNİB + FOTO, Seymur

Hadisə “28 may” metrostansiyası yaxınlığında baş verib.

Bu gün müğənni Mətanət Əsədovanın qəzaya düşməsi ilə bağlı xəbər yayılıb.

Bakucity.az xəbər verir ki, qəza törədən Mətanət Əsədova yox, Xalq artisti Məleykə Əsədova imiş.

Məleykə Əsədovanın sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib.

“Maşınımı möhkəm vurublar. Allah məni qorudu. Avtomobilimə ziyan dəyib”, - deyə o bildirib.

Qeyd edək ki, Mətanət Əsədovanın qəzaya düşməsi ilə bağlı xəbəri Avtosfer.az saytı yayıb. (Axşam.az)

10:49

Müğənni Mətanət Əsədova Bakıda yol-nəqliyyat hadisəsi törədib.

Bakucity.azxəbər verir ki, ifaçı “28 may” metrostansiyası ərazisində hərəkətdə olarkən qəzaya düşüb.

M.Əsədova idarə etdiyi 10 MB 777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobili yol kənarındakı bordürə vurub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. (Avtosfer.az)

Məleykə Əsədova Bakıda qəzaya düşdü - YENİLƏNİB + FOTO, fotoşəkil-1 Məleykə Əsədova Bakıda qəzaya düşdü - YENİLƏNİB + FOTO, fotoşəkil-2 Məleykə Əsədova Bakıda qəzaya düşdü - YENİLƏNİB + FOTO, fotoşəkil-3

Bakucity.az

Bakı müğənni qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər