Ata oğlundan polisə şikayət edib.
Paytaxtın Xəzər rayonunda oğul atasının avtomobilini qaçırıb.
Bakucity.az xəbər verir ki, Binə qəsəbəsində yaşayan 50 yaşlı Nazim Əzizov Xəzər Rayon Polis İdarəsinə şikayət edərək 24 yaşlı oğlu Orxan Əzizovun ona məxsus “VAZ 2107” markalı avtomobili qaçırdığını bildirib.
O.Əzizov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağl araşdırmalar davam etdirilir.
Bakucity.az