Tağıyevin Bakıda qoyulacaq heykəli belə ola bilər - FOTO

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb.

Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşların qatıldığı müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər (maketlər) Heydər Əliyev Mərkəzində, eləcə də müsabiqənin elektron poçt ünvanında qəbul olunub.

Bakucity.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov deyib.

Onun sözlərinə görə, müsabiqədə tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəllif də iştirak edir.

Müsabiqədə iştirak edənlər arasında Azərbaycanın məşhur heykəltəraşları – Xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səhlab Məmmədov, Əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı da var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib.

Müsabiqəyə Azərbaycanın bölgələrindən də (Gəncə şəhəri və Saatlı rayonu) heykəltəraşlar qoşulublar. "İctimaiyyətdə böyük maraq yaratdığına görə peşəkarlarla yanaşı, həvəskarlar da müsabiqəyə qatılıblar. Belə ki, ixtisasca hüquqşünas olan, həvəskar heykəltəraş İlkin Məmmədov layihə təqdim edənlər arasındadır.

Təqdim olunan eskizlərdə Hacı Zeynalabdin Tağıyevin faytonu, buxara papağı, ənənəvi libası, təsbehi, əsası, orden və medalları, bənnaçılıqdan başlayaraq tikinti ustası və təşkilatçısı kimi formalaşması, onu milyonçuya çevirən neft buruqları, təhsilə qayğısı əsas elementlər kimi göstərilir.

Təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalib müəyyənləşdiriləcək. Müsabiqə iştirakçılarının seçimi mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialının emal texnologiyasına uyğunluğu kimi meyarlar üzrə həyata keçirilir.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcək.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqəyə ərizə və eskizlər bu ilin aprelin 25-dən iyunun 30-dək qəbul olunurdu. Müsabiqəyə olan maraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və bir sıra heykəltəraşların müraciətləri nəzərə alınaraq müsabiqə avqustun 31-dək uzadılmışdı.

Bakucity.az

Bakı Tağıyev heykəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
64 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Türkiyə təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır Azərbaycan Türkiyənin İstanbul şəhərindəki nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu meqapolisdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar. İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqqında məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinləri...
İdman
Tamaşaçılar da hərəkətləri təkrar edib Bakıda Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir. Estafetə 9 komanda - “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və B...
İdman
Çempionatda 8 komanda iştirak edir Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.  BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub.  Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.  Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 ko...
Cəmiyyət
Qırmızı Qəsəbədəki qəbiristanlıqda torpağa tapşırılacaq Bakıda vəfat edən deputat Yevda Abramov bu gün dəfn olunmayacaq. BakuCity.az-ın məlumatına görə, mərhum deputatın qızı Bəsti Yusifova Report-a bildirib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması onların adət-ənənəsinə uyğun deyil: "Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək". Beləliklə, Y.Abramovla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Q...
Cəmiyyət
Gələn ildən yüklərin Çinə nəqli nəzərdə tutulub Qədim İpək Yolunun başlandığı Sian şəhərində ənənəvi “Silk Road Business Summit” işinə başlayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından BakuCity.az-a verilən məlumata görə, çoxlu sayda dövlət və özəl şirkət rəhbərləri, “Bir Kəmər, Bir Yol” layihəsi üzərində fəaliyyət göstərən qurumların iştirak etdiyi tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək bildirib ki, 21-ci əsrin bütün texniki s...
Cəmiyyət
Tbilisi sakinləridirlər 2019-cu il noyabrın 2-də Bakı bulvarı boyunca guya erməni milliyətindən olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışıb qeyri-etik ifadələr işlətmələri ilə bağlı video yayılmışdı. BakuCity.az İTV-yə istinadən xəbər verir ki, "Ermənilər Bakıda" başlıqlı bu görüntü müəyyən müzakirələrə səbəb olmuşdu. Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həmin şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Tbilisi sak...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb. BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkət...
Cəmiyyət
Qatarlar yeni cədvəl üzrə hərəkət edəcək Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, B...
Ekologiya
Mülayim külək əsəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatu...