Xarici dilləri öyrənməyin əsas nüansları.
Müasir dövrdə xarici dillərin öyrənilməsi zəruridir. Hazırda bu sahə müxtəlif təkliflərlə zəngindir. Şəhərdə çox sayda xarici dillərin öyrənilməsini təklif edən kurs və dil mərkəzləri var.
Bugünkü materialda Bakucity.az xarici dil öyrənməyin düzgün yanaşma tərzini, eləcə də paytaxtımızda dil kurslarının qiymətini araşdırıb.
Düzgün seçim
“GLOBUS” Təhsil Mərkəzinin müəllimi, tərcüməçi Nina Trifonova hesab edir ki, dil kurslarını seçməyin ən uğurlu yolu, hər hansısa xarici dili öyrənən dostlar arasında sorğu keçirməkdir:
“Tədris mərkəzlərinin reklamlarını görəndə, həmin mərkəzlərin yaxşı nəticələr verdiyinə əmin ola bilmərik. Bundan əlavə, müəllimlə əvvəlcədən tanış olmaq yerinə düşərdi, bu həmişə lazımlı nəticə əldə etməyə kömək edir”, - deyə mütəxəssis bildirib.
Bakıda tələbələrin ən böyük problemi – Qiymətlər bahalaşıb
N.Trifonovanın sözlərinə görə, çoxları tələbə-müəllim əlaqələrindən narazıdır və əksəriyyət hesab edir ki, kurs müəllimləri kifayət qədər bacarıqlı deyil:
“Məsələn, mən kurs müəllimlərinə etibar edirəm. Ümumiyyətlə, insan öz üzərində işləmirsə, diplom aldıqdan 10-20 il sonra da səriştəsizlik edəcək. İstənilən işdə təcrübə vacibdir. Gənc mütəxəssis isə bu istiqamətdə intensiv işləməlidir ki, yaxşı nəticə əldə etsin”.
Mütəxəssis qeyd edib ki, istənilən təhsil mərkəzində ilk sınaq dərsi ödənişsizdir. Beləliklə, şagird müəllimin nə qədər bacarıqlı olduğunu, dərsləri necə keçirdiyini və ondan dərs qavramağını müəyyənləşdirə bilər.
Qrup şəklində yoxsa fərdi işləmək effektivdir?
Xarici dil müəllimləri kiçik qruplardakı dərslərin fərdi dərslərə nisbətən daha effektiv olduğunu düşünürlər:
“Əgər qrupda dörd nəfərdən çox tələbə yoxdursa, onda dərslər daha effekiv olacaq. Hesab edirəm ki, komanda işi daha çox nəticə verir, çünki tələbələr bir-biri ilə öyrəndikləri dildə ünsiyyət qururlar. Bundan əlavə, rəqabət ruhu da öz bəhrəsini verir. İnsan həmişə ən yaxşı olmağa, fərqlənməyə çalışır. Dərslər fərdi keçirildikdə, tələbə yalnız müəllimlə işləyir, bu da, mənim fikrimcə, kifayət qədər effektiv olmur.
Bu il Bakıya oxumağa gələn tələbələr harada qalacaq? - ARAŞDIRMA
Daha bir məqam ondan ibarətdir ki, əgər tələbə utancaqdırsa böyük qruplarda narahat olur, sual verməyə çəkinir. Bu vəziyyətdə əlbəttə ki, fərdi hazırlıq daha yaxşıdır. Düzünü desək, tələbələrin özləri qruplara daha çox müraciət edirlər – ödənişi daha aşağıdır və dil təcrübəsinə kömək edir”, - deyə mütəxəssis qeyd edib.
Dil daşıyıcıları ilə məşğələ kimə uyğundur?
N. Trifonova hesab edir ki, dil daşıyıcıları ilə məşğələlər yalnız öyrənilən dildə baza bilikləri olan insanlara uyğun görülür.
“Xarici dildə danışan, hətta yeni başlayanlar ilə də işləmək üçün üsul var. Ancaq mənə elə gəlir ki, bu cür dərslər artıq dili müəyyən səviyyədə bilən tələbələr üçün daha uyğundur. İlkin mərhələdə isə yerli müəllimlə məşğul olmaq daha yaxşıdır. Çünki o, qrammatikanı, yeni sözlərin mənalarını izah edə biləcək”, - N. Trifonova bildirib.
Mütəxəssisinfikrincə, əsas müəllimin yaxşı tələffüz etməsidir, əks halda dil öyrənən şəxs səhv vurğu işlədə bilər.
N.Trifonova özü rus, ingilis və yunan dillərini öyrədir və onun sözlərinə görə, bu gün ən populyar olanı rus dilidir. Təcrübəsində ikinci yerdə, əlbəttə ingilis dili dayanır. Yunan dilinə gəldikdə, bu, çox da populyar dil deyil, əsasən Yunanıstana getmək istəyən və ya yalnız bu dil üzrə ixtisaslaşmış insanlara maraqlıdır.
Dərslərin qiyməti
Xarici dildə dərslərin qiyməti fərdi və ya qrup seçimindən asılı olaraq dəyişir.
Xarici vətəndaşlar üçün kurslarda qiymət daha yüksək ola bilər.
Oxucularımıza paytaxtın bəzi təhsil mərkəzlərinin qiymət cədvəlini təqdim edirik:
GLOBUS | Dil | Yerli tələbələr (qrup) | Yerli tələbələr (fərdi) | Xarici vətəndaşlar üçün (qrup) | Xarici vətəndaşlar üçün (fərdi) |
İngilis | 50 AZN | 100 AZN | 100 AZN | 120 AZN | |
Rus | 50 AZN | 100 AZN | 100 AZN | 120 AZN | |
Yunan | 50 AZN | 100 AZN | 100 AZN | 120 AZN |
Jalal-I | Dil | Qrup | Fərdi |
İngilis | 100 AZN | 120 AZN | |
Rus | 100 AZN | 120 AZN | |
Alman | 100 AZN | 120 AZN | |
Fransız | 100 AZN | 120 AZN | |
İspan | 100 AZN | 120 AZN | |
İtalyan | 100 AZN | 120 AZN |
Global Education Center | Dil | Qrup | Fərdi |
İngilis | 80 AZN | 140 AZN | |
Rus | 60 AZN | 120 AZN | |
Fransız | 70 AZN | 120 AZN | |
Alman | 70 AZN | 140 AZN |
CELT | Dil | Üçnəfərlik qrup | Üçnəfərlik qrup | Fərdi |
İngilis | 335 AZN | 470 AZN | 585 AZN | |
Alman | 335 AZN | 470 AZN | 585 AZN | |
Rus | 335 AZN | 470 AZN | 585 AZN |
Caspian Learning Center | Dil | Qrup (xarici müəllimlə) | Qrup (yerli müəllimlə) | Fərdi (xarici müəllimlə) | Fərdi (yerli müəllimlə) |
İngilis | 120 AZN | 70 AZN | 160 AZN | 120 AZN | |
Rus | 120 AZN | 70 AZN | 160 AZN | 160 AZN |
Caspian Learning Center | Dil | Qrup | Fərdi |
Ərəb | 80 AZN | 120 AZN | |
Alman | 80 AZN | 120 AZN | |
Fransız | 80 AZN | 120 AZN | |
İtalyan | 80 AZN | 120 AZN |
Beynalxalq Dil Mərkəzi | Dil | Həftədə 3 dəfə | Həftədə 5 dəfə | İntensiv |
Alman | 130 AZN | 250 AZN | 290 AZN | |
İngilis | 175 AZN | 200 AZN | 290 AZN | |
Rus | 170 AZN | 200 AZN | 290 AZN |
Züleyxa İsmayılova
Bakucity.az