Bakıda oğurladığı pulla özünə avtomobil aldı - FOTO

Bakıda oğurladığı pulla özünə avtomobil aldı - FOTO, Seymur

Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bakucity.az-ın xəbərinə görə, Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən 12500 ABŞ dolları oğurlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov saxlanılıb. 

O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.

Məlum olub ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Bakıda oğurladığı pulla özünə avtomobil aldı - FOTO, fotoşəkil-1

Bakucity.az

Bakı oğurluq avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər