Bakıda mühafizə şirkətləri: XİDMƏTLƏR VƏ QİYMƏTLƏR

 Bakıda mühafizə şirkətləri: XİDMƏTLƏR VƏ QİYMƏTLƏR, Seymur

Bu şirkətlər ölkə qanunvericiliyinə uyğun xidmət göstərir.

Bakucity.az bu dəfə paytaxtda fəaliyyət göstərən təhlükəsizlik xidməti şirkətləri və onların qiymətləri barədə araşdırıb. 

Əlaqə saxladığımız 3 şirkət barədə məlumatları oxuculara təqdim edir.

“Qartal” 

Mühafizə müəssisəsindən saytımıza verilən məlumata görə, şirkət  Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” ölkə başçısının qanununa əsasən fəaliyyət göstərir. Burada hərbi xidməti keçmiş və bu sahədə işləmək hüququ verən xüsusi hazırlıq kurslarını bitirmiş mühafizəçilər çalışırlar.

Müəssisə, müəssisə və təşkilatlarla müqavilə bağlayarkən qanunvericiliyin prinsiplərinə ciddi əməl etməklə bu mühafizə xidmətlərini təklif edir:

• Biznes mərkəzləri və ofislərinin qorunması;

• Evlərin, mənzillərin, kotteclərin qorunması;

• Kütləvi tədbirlərin mühafizəsi;

• Tikinti obyektlərinin qorunması;

• Anbar təhlükəsizliyi; 

• Təhlükəsizlik sistemləri;

• Məsləhət xidmətləri;

• Yük təhlükəsizliyi.

“Qartal Mühafizə xidməti” hər post üçün 3 mühafizəçi ayırır və hər birinə 18% ƏDV əlavə olmaqla 504 AZN ödəniş tələb edir. Digər xidmətlərin qiyməti isə müştərilərlə birbaşa əlaqə zamanı dəqiqləşdirilir. 

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küç.304

Telefon: (+994 12) 480 29 97

“PRO Security”

“PRO Security” şirkəti “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanununa uyğun olaraq Respublika ərazisində özəl mühafizə fəaliyyəti ilə məşğuldur. Müəssisə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə işləmiş, peşəkar mütəxəssislərin rəhbərliyi altında, yerli hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olmaqla, öz sifarişçilərini onların tələblərinə uyğun olaraq mühafizəçilərlə və təhlükəsizlik üzrə əməkdaşlarla təmin edir.  Mühafizəçilər hərbi xidmət və xüsusi hazırlıq kursları keçmiş şəxslərdir. 

Şirkət aşağıdakı xidmətləri təklif edir: 

• Obyektlərin mühafizəsi;

• Təhlükəsizlik tədbirləri;

• Elektron nəzarət sistemi.

Şirkət hər post üçün 3-4 mühafizəçi ayırır. Qiymətlər isə danışıq yolu ilə təyin edilir.

Telefon: (+994 12) 505 33 72

“GROUP 1 SECURITY”

“Qrup 1 Sekyuriti” paytaxtda və ölkənin müxtəlif bölgələrində 475-dən artıq işçi heyəti ilə mühafizə xidməti təşkil edir. Şirkət “AmCham Azərbaycan”, Britaniya Biznes klubu və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür. Burada fəaliyyət göstərən işçi heyətinin böyük əksəriyyəti Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşlarından və xarici mühafizə şirkətlərində uzun illər xidmət göstərmiş təcrübəli kadrlardan təşkil olunub. Qurum yüksək keyfiyətli xidmətin təmin edilməsinə zəmanət verir.

Təklif olunan xidmətlər:

• Mobil mühafizə;

• Ofislərin mühafizəsi;

• İctimai yerlərin mühafizəsi;

• Təsərrüfat məntəqələrinin mühafizəsi;

• Pərakəndə satış məntəqələrinin mühafizəsi;

• Mühafizəçi resepşenist;

• VIP şəxslərin mühafizəsi;

Şirkət təfəfindən hər post üçün 4 nəfər mühafizəçi ayırır ki, onların da hər biri üçün 18% ƏDV xaric 650-700 AZN tələb olunur. 

Bakı, Şəmsi Bədəlbəyli küç. 96

Tel : (+994 12) 493 00 98

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “SIR GROUP”, “Etalon Security”, “GESCO”, “Tornado-Ş”, “Betta” və s. kimi xeyli sayda mühafizə xidməti göstərən şirkət var, amma onlar xidmətlərinin qiymətləri barədə müqavilə şərtlərinə zidd olması əsası ilə saytımızın sorğusundan yayınaraq heç bir məlumat vermək istəməyib. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı mühafizə təhlükəsizlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər