Azərbaycan Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.
Bakucity.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Nazirin əmri ilə polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli isə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib.
Bakucity.az