Bakıda suyun altında qalan avtomobilin pulunu kim verəcək? - VİDEO

Sentyabrın 4-də paytaxtın Sabunçu rayonunda tuneli su basandan sonrakı müəmma hələ də davam edir.

Bakucity.az xəbər verir ki, tuneldə “Mercedes” markalı maşını qalan Elcan Hacıyev məhkəməyə müracitə edəcəyini bildirib.

Onun sözlərinə görə, tuneldən su dünən saat 18-dən sonra təmizlənib: 

“Maşını “Niva” ilə çəkib çıxartdım. Avtomobilimə ciddi ziyan dəyib, demək olar ki, bütün hissələri dəyişdirilməlidir”.

E.Hacıyev bildirib ki, heç kim ona kompensasiya ödəmir. 

“FHN-dən dedilər ki, pulumu “Azərsu”dan alım. Deyilənə görə, Neftayırma zavodunun tullantılarını daşıyan boru partlayıb və tuneli su basıb. Buna görə də məhkəməyə müraciət edəcəm”, - deyə o qeyd edib.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı ittihamları cavablandırarkən bildirib ki, həmin tuneldə və yaxın ərazidə quruma aid hər hansı qurğu yoxdur: 

“Tuneli su basmasının bizə heç bir aidiyyatı yoxdur”.

FHN sözçüsü Gülçin Mehdiyeva da ittihamları qəbul etməyib. G.Mehdiyeva qeyd edib ki, onun təmsil etdiyi dövlət qurumunun orada araşdırma aparmaq səlahiyyəti olmadığı üçün səbəbi dəqiq bilmirlər: 

“Amma tuneli su basması yağış suyu nəticəsində olmayıb”.

Öz növbəsində SOCAR-in mətbuat katibi İbrahim Əhmədov da ittihamları rədd edərək son günlər Neftayırma zavonun borularında hər hansı qəza baş vermədiyini vurğulayıb: 

“Ümumiyyətlə, o ərazidən bizim heç bir borumuz keçmir”. (Qafqazinfo.az)

Bakucity.az

Bakı avtomobil tunel
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
122 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Şübhəli şəxs polis tərəfindən saxlanılıb Paytaxtın Binəqədi rayonunda keçmiş məhkum qadına hücum edib. Bakucity.az-ın xəbərinə görə, bu barədə Report məlumat yayıb. Məlumata əsasən, İmişli rayon sakini, 1957-ci il təvəllüdlü, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş M.Qənbərov 1963-cü il təvəllüdlü F.Cəfərovaya qapalı kəllə-beyin travması xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurub və hadisə yerindən qaçıb. Aparılan əməliyyat-axtarış təd...
Cəmiyyət
“Belə isti qarşılanmaya görə təşəkkür edirəm” Tanınmış rusiyalı aparıcı, “Miss Rusiya 2003”-ün qalibi Viktoriya Lopıryova ötən həftəsonunu Bakıda keçirib.  Bakucity.az xəbər verir ki, fotomodel bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sosial şəbəkələrdə həmçinin blogger kimi fəaliyyət göstərən V.Lopıryova qeyd edib ki, qonaqpərvərlik Azərbaycan xalqının fərqli cəhətidir: “Belə isti qarşılanmaya görə təşəkkür edirəm”, - deyə o yazıb. Qeyd olunur ki,...
Kriminal
Partaxtda arvadını yandırdıqdan sonra polisləri də yandırmaq istəyən şəxs saxlanılıb Prokurorluqdan verilən məlumata görə, sentyabrın 15-də keçmiş həyat yoldaşı Aynurə Məmmədzadənin yaşadığı evə gedən Rasim Əhmədli özü ilə götürdüyü ağ nefti qadının üzərinə tökərək yandırmağa cəhd edib. Bakucity.az xəbər verir ki, R. Əhmədli onu sakitləşdirməyə və qanunsuz hərəkətlərin qarşısını almağa çalışan polis əməkdaşlarının üzərinə də neft tökərək onları yandırmaq i...
Hadisələr
Sərnişinlərin vəziyyəti pisləşib Səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Bakucity.az-ın məlumatına görəbər verir ki, metronun “Xalqlar Dostluğu” stansiyasında qatar bir neçə dəqiqə gecikib. Bundan əlavə daha bir qatar “Nəriman Nərimanov” stansiyası ilə “Ulduz” stansiyası arasında tuneldə qalıb. Şahidlər bildiriblər ki, qatar stansiyaya çatandan sonra bir neçə dəqiqə ərzində qapılar açılmayıb. İçəridə olan sərnişinlərin hal...
Hadisələr
“Kamaz”ın sürücüsü fikirli olduğunu bildirib Bakının Qaradağ rayonu Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb.  Bakucity.az xəbər verir ki, qəzanın görüntülərini Avtosfer.az saytı yayıb. Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq dovşan satan oğlanla söhbət edib.  Bu zaman hərəkətdə olan “Kamaz” markalı yük maşını arxadan “Mercedes”ə çırpılır. Qeyd olunur ki, qəza nəticəsində iki nəfər ölüb.  “Kama...
Hadisələr
Yaralı çoxlu qan itirib Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bakucity.az APA-ya istinadla xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının girişində baş verib. Məlumata əsasən, naməlum şəxslə mübahisə zəmnində 25 yaşlı Ceyhun Hüseynov bıçaqlanıb. Bud nahiyəsinin arteriya damarından bıçaqlandığı üçün C.Hüseynov çoxlu qan itirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Baku...
Cəmiyyət
Bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmiri həyata keçirilir Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir. Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən Bakucity.az-a verilən məlumata görə Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırl...
Cəmiyyət
İcbari tibbi sığortanın tətbiqinin faydaları Bakıda Könüllü Tibbi Sığorta anlayışı Qərb ölkələrində və ya qonşu Rusiyada olduğu qədər geniş yayılmayıb. Baxmayaraq ki, bu, qəfil sağlamlıq problemləri olduqda pul xərclərini həll etmək üçün bir yoldur. Bakucity.az bu materialda tibbi sığortanın insanlara nə fayda verdiyini, Bakıda hansı hallarda sığortaya daha çox müraciət edildiyini və sığorta şirkəti ilə müqavilə bağlayarkən nələrə diqqət etməli olduğunuzu...
Hadisələr
Polis yeniyetməni axtarır Bakının Sabunçu rayonunda xoşbəxt sonluqla bitən xoşagəlməz hadisə baş verib. Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb. Bakucity.az xəbər verir ki, Ş.Rəhimovun qəflətən itkin düşməsini Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar. Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçü...