Paytaxtın müxtəlif ərazilərində mağazaların qarşısına qoyulması üçün sahibkarlara məcburi şəkildə dibçək gülləri satılır.
Bakucity.azxəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Özlərini İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər bir dibçəyi obyekt sahiblərinə 8 manata satırlar.
Bakı Şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirib. Qurumdan verilən açıqlamaya görə, belə bir tapşırıq yoxdur.
“BŞİH adından istifadə edib belə bir addım atanlar barədə araşdırma aparılacaq. Məsələ barədə ciddi ölçü götürələcək”. (oxu.az)