Bakıda bu ərazilərdə qaz olmayacaq

Bakıda bu ərazilərdə qaz olmayacaq

Bu gün, sentyabrın 5-də, paytaxtın iki rayonunda təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bakucity.az xəbər verir ki, qaz təchizatı saat 10:00-dan etibarən dayandırılacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınağı keçiriləcək.

Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində isə qazın verilməsində fasilələrin yaranması ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlıdır.

Bakucity.az

Bakı qaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər