Bakıda gəmi “ölüxanası” kimi tanınan ərazi görənlərin marağına səbəb olur.
Bakucity.az xəbər verir ki, Bibiheybət qəsəbəsindəki bu əraziyə istismar müddətini başa vurmuş müxtəlif ölçülü gəmilər gətirilir.
Gəmilərin əksəriyyəti “Xəzər Dəniz Gəmiçiliyi” QSC nin balansındadır. Belə gəmilərin çoxu utilizasiya edilsə də, bəziləri təmir olunaraq yeni adla istifadəyə verilir.
Bu gəmilərdən hətta restoran və ya muzey kimi də istifadə etmək mümkündür.