Bakıda vəhşilik: Tarixi abidələr yerlə-yeksan edildi - FOTO

Bakıda vəhşilik: Tarixi abidələr yerlə-yeksan edildi - FOTO, Seymur

Paytaxtın Xəzər rayonunda özəl şirkət tərəfindən tarixi abidələr dağıdılıb.

Bakucity.az xəbər verir ki, fotolar sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, avqustun 30-da özəl şirkət tərəfindən Kələzağ qədim yaşayış məntəqəsində XVI əsrə, son Şirvanşaha aid olduğu güman edilən məscid-məqbərə yerlə-yeksan edilib. 

Abidənin daşlarının hara atıldığı da məlum deyil. 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsələyə münasibət bildirib. Qurumun mətbuat katibi Fariz Hüseynov jurnalistlərə açıqlamasında deyib ki, dağıdılan abidə barədə araşdırma aparılacaq.

F.Hüseynovun sözlərinə görə, qurumun əməkdaşları abidəyə baxış keçiriblər və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən ediblər.

Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Qeyd edək ki, Kələzağ qədim yaşayış məntəqəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunun daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. (oxu.az)

Bakıda vəhşilik: Tarixi abidələr yerlə-yeksan edildi - FOTO, fotoşəkil-1 Bakıda vəhşilik: Tarixi abidələr yerlə-yeksan edildi - FOTO, fotoşəkil-2 Bakıda vəhşilik: Tarixi abidələr yerlə-yeksan edildi - FOTO, fotoşəkil-3

Bakucity.az

Bakı,abidə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər