Bakı sakinlərindən maraqlı etiraz - VİDEO

Bakı sakinlərindən maraqlı etiraz - VİDEO, Seymur

Paytaxtın Yusif Səfərov küçəsində yaşayan bina sakinləri maraqlı aksiya keçiriblər.

Bakucity.az xəbər verir ki, sakinlər binanın həyətində “Kəsilmiş 6 ədəd Eldar şamının günahı bağışlanmaz!” yazısı olan lövhə asıblar.

Binanın qarşısındakı ağacları kəsərək obyekt tikmək istəyən sahibkarla mübarizədən qalib çıxan sakinlər kəsilmiş ağacların xatirəsinə lövhə qoymaq qərarına gəlib.

“Ərazidə qeyri-qanuni olaraq “moyka”  tikmək istəyiblər. Altı ədəd 50 ilin Eldar şamı kəsildi. Qurumuş deyildi, bir şey deyildi. Biz də səs-küy saldıq, icazə vermədik ki, kəsilmiş ağacların yerinə obyekt tikilsin”, - deyə bina sakini İlham bildirib.

Digər sakin, Ağdam rayon məcburi köçkünü Mürşüd Hümbətovun sözlərinə görə, artıq kəsilmiş ağacların yerinə yeniləri əkilib:

“Ağaclar bizim yaşam mənbəyimizdir. Onlarsız biz yaşaya bilmərik. Böyük oksigen mənbəyi olan Braziliyadakı Amazon meşələri yanır, bütün dünya ayağa qalxıb, biz niyə həyətimizdəki ağaclar üçün qalxmayaq?! Hər yerə məktub yazdıq, müraciət elədik. Ancaq ağacları kəsən şəxslər cəzalandırılmadı. İndi kəsilmiş ağacların yerinə yeni fidanlar əkmişik, onlara baxırıq. Ümid edirik ki, gələcəkdə böyüyüb əvvəlki ağacların yerini tutacaq”. (qafqazinfo.az)

Bakucity.az

Bakı ağac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər