Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı rinoplastika əməliyyatından sonra dünyasını dəyişib.
Bakucity.az xəbər verir ki, tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova burnunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölüb.
Əməliyyat sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilib.
İlkin diaqnoza görə, ölümə ağciyər arteriyasının tromboemboliyası səbəb olub.
Hazırda Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır. (oxu.az)
Bakucity.az