Bakıda bəzi ticarət mərkəzlərində Azərbaycanın göstərilmədiyi qlobuslar satılır.
Bakucity.az xəbər verir ki, satışda olan bəzi qlobuslarda Azərbaycan ərazisi ya yarımçıq göstərilib, ya da ümumiyyətlə əksini tapmayıb.
Çin istehsalı olan qlobusların birində işğal altındakı ərazilərimiz də yoxdur, digərində isə Gürcüstan və Ermənistan göstərilsə də, Azərbaycan “yaddan çıxarılıb”.
Satıcılar bu barədə indiyə qədər xəbərsiz olduqlarını və mal daşıyan şəxsləri məlumatlandıracaqlarını bildiriblər. (musavat.com)