Bakının yaşıllaşdırma planı – NƏ ETMƏK VACİBDİR?

Yaxın 20-30 il üçün paytaxtın yaşıllaşdırılması planını hazırlamaq mümkündürmü?

Böyük şəhərlərdə hava olduqca çirklidir: avtomobillər, sənaye qazları və s. Buna görə meqapolisdə  mümkün qədər böyük parkların və hər cür yaşıllığın olması vacibdir. Bakının əsas problemlərindən biri də yaşıl sahələrin azlığıdır. Paytaxtımızda kiçik parkların sayı da azdır. Bundan əlavə, sıx bitki örtüyü və iri ağaclar ilə də öyünmək olmur.

Bakucity.az, şəhərimizin gələcək illər üçün abadlaşdırılması planının hazırlanması istiqamətində iş aparıldığını öyrənmək üçün araşdırma aparıb.

Milli Ekologiya və Proqnozlaşdırma Mərkəzinin prezidenti, Azərbaycan QHT forumunun ekoloji şöbəsinin koordinatoru Telman Zeynalov hesab edir ki, Bakıda yaşıllıq siyasəti düzgün aparılmır.

“Əlbəttə ki, Bakı kimi bir meqalopolisin yaşıllaşdırma planı hazırlamaq mümkündür. Hazırda bu cür işlər görülür. Bildiyiniz kimi, bu yaxınlarda keçmiş Sovetski  küçəsində yeni park açıldı, və bu ərazi daha yaxşı hala gəldi. Ancaq problem ondadır ki, Bakı parklarında müxtəlif ekzotik fidanlar gətirmək yox, yerli ağac əkmək lazımdır. Bir qayda olaraq, onlarla birlikdə  ölkəyə zərərli həşəratların yumurtaları və sürfələri daxil olur, və bu da çox vaxt bitki xəstəliklərinin yayılmasına səbəb olur”.

Ekspertin fikrincə, Bakı parkları üçün nəzərdə tutulan yerli ağacların fidanlarının yetişdiriləcəyi xüsusi yerlər yaradılmalıdır: 

“Şəhərimizdə bizim iqlimimizə uyğunlaşmış ağac və bitki əkmək daha yaxşıdır”.

T.Zeynalov hesab edir ki, bu şəkildə biz xarici iqtisadiyyatın böyüməsinə öz töhfəmizi veririk, yerli inkişaf isə o qədər də ürəkaçan deyil:

“Mən bu baradə ETSN-də, radio və televiziyada dəfələrlə demişəm. İş adamlarımız xaricdən fidan alır və yerli bazarda olduqca baha qiymətə satır. Nəticədə şəhərdə xurma, evkalipt və s. ağaclar peyda olur. Bu yerli ekosistemi məhv edir! Müəyyən iqlim şəraitimiz və yerli parkları bəzəməli olan bitki örtüyümüz var. Abşeron yarımadası üçün qovaq, qarağat şamı, nar, alma ağacları, üzüm və ya badam daha yaxşı uyğun gəlir. Birincisi, onlar qalın yaşıllıq yaradır, ikincisi, havanı təmizləyirlər və üçüncüsü, eroziyanın qarşısını alan torpaqda nəm yaradırlar. Torpaqda kifayət qədər nəm olduqda, istilik o qədər də güclü olmur”.

Mütəxəssis, həmçinin, Bakıda ərazinin 30%-nin yaşıllaşdırılmasının məqsədəuyğun olduğunu, bunun havanın kifayət qədər təmizlənməsinə və oksigen səviyyəsinin artmasına töhfə verəcəyini bildirdi.

Şəhərimzin yaşıllaşdırılmasının bütün nüanslarını ətraflı öyrənmək üçün Bakı şəhər İcra Hakimiyyətinin nəzdindəki Yaşıl Təsərrüfat Birliyinə müraciət etdik, amma təəssüf ki, bu şöbə zənglərə cavab vermədi. Sonra saytımız özəl sektordan əlavə, paytaxtımız parkları ilə də məşğul olan  və Nazirlər Kabinetinin rəhbərliyi tərəfindən idarə olunan Bakı Abadlıq Xidməti MMC-yə müraciət etdi. 

Şirkətin direktor müavini Ənvər Hüseynov saytımıza açıqlamasında bildirdi ki, hazırda şirkət paytaxtın otuza yaxın park və meydanlarına xidmət göstərir. Bunlara Heydər Əliyev Mərkəzi Parkı, Şəlalə Parkı, İncəsənət Parkı Muzeyi, Filarmoniya Bağı, Fəvvarələr Meydanı və şəhərin digər məşhur yaşıllıq əraziləri aiddir.

“Bizim əsas vəzifəmiz parkların vəziyyətinə baxmaq və lazım olduqda yeni əkinlər təşkil etməkdir. Böyük Şor gölünün ərazisini abadlaşdırmaq kimi böyük layihələrimiz də var. Bayıl qəsəbəsində yerləşən Bakı Su Mərkəzinin ətrafındakı zonanın tərtibatı ilə də məşğul olduq”, -deyə Ə. Hüseynov qeyd etdi.

Şirkət direktorunun müavini hesab edir ki, digər ölkələrdən Bakıya fidanların gətirilməsi ekologiyamıza mənfi təsir göstərə bilməz.

“Bu sektorda on ilə yaxındır ki, işləyirik və həmişə yerli və idxal olunan ağac növləri əkirik. Bütün bu müddət ərzində heç bir problem olmayıb. Əsas odur ki, əkilən bitkilər yerli iqlimi qəbul edir”.

A.Hüseynov bu cür işlərə çox vəsaitin xərcləndiyini vurğulayıb. Bunun səbəbi, parkların bitki örtüyünə qulluq etməkdən əlavə, onlarda təmizliyi qorumaq, həmçinin bu ərazidə fəvvarələr, işıqlandırma sistemininin idarə olunmasını təmin etmək və  zəruri hallarda müxtəlif təmir işləri aparmaqdır.

Züleyxa İsmaylova

Bakucity.az

Bakı ağaclar yaşıllıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
25 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Türkiyə təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır Azərbaycan Türkiyənin İstanbul şəhərindəki nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu meqapolisdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar. İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqqında məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinləri...
İdman
Tamaşaçılar da hərəkətləri təkrar edib Bakıda Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir. Estafetə 9 komanda - “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və B...
İdman
Çempionatda 8 komanda iştirak edir Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.  BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub.  Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.  Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 ko...
Cəmiyyət
Qırmızı Qəsəbədəki qəbiristanlıqda torpağa tapşırılacaq Bakıda vəfat edən deputat Yevda Abramov bu gün dəfn olunmayacaq. BakuCity.az-ın məlumatına görə, mərhum deputatın qızı Bəsti Yusifova Report-a bildirib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması onların adət-ənənəsinə uyğun deyil: "Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək". Beləliklə, Y.Abramovla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Q...
Cəmiyyət
Gələn ildən yüklərin Çinə nəqli nəzərdə tutulub Qədim İpək Yolunun başlandığı Sian şəhərində ənənəvi “Silk Road Business Summit” işinə başlayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından BakuCity.az-a verilən məlumata görə, çoxlu sayda dövlət və özəl şirkət rəhbərləri, “Bir Kəmər, Bir Yol” layihəsi üzərində fəaliyyət göstərən qurumların iştirak etdiyi tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək bildirib ki, 21-ci əsrin bütün texniki s...
Cəmiyyət
Tbilisi sakinləridirlər 2019-cu il noyabrın 2-də Bakı bulvarı boyunca guya erməni milliyətindən olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışıb qeyri-etik ifadələr işlətmələri ilə bağlı video yayılmışdı. BakuCity.az İTV-yə istinadən xəbər verir ki, "Ermənilər Bakıda" başlıqlı bu görüntü müəyyən müzakirələrə səbəb olmuşdu. Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həmin şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Tbilisi sak...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb. BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkət...
Cəmiyyət
Qatarlar yeni cədvəl üzrə hərəkət edəcək Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, B...
Ekologiya
Mülayim külək əsəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatu...