Bakıda həkim qəbullarının fantastik qiymətləri açıqlandı - SİYAHI

Bakıda həkim qəbullarının fantastik qiymətləri açıqlandı - SİYAHI, Seymur

Bakıda ötən illə müqayisədə həkim qəbulunun qiymətləri bahalaşıb. Ötən il 50-60 manata olan həkimlər bu il 80-90-100 manata, 80 manata olanlar isə 120 və daha yuxarı qiymətlər elan edib. Məşhurlaşan həkimlərin qəbulu isə bu artım tendensiyasında daha qabarıq görünür. Medicina.az saytı Bakıda qəbul qiyməti yüksək olması ilə fərqlənən həkimlərin siyahısını tərtib edib. 

Bakucity.az xəbər verir ki, siyahı sorğu, pasiyent rəyləri və klinikalara birbaşa zənglərlə dəqiqləşdirilib. 

Özəl klinikalarda çalışan, qəbulu 100-150 manatı keçən həkimlərimizin ilkin siyahısını təqdim edirik. 

1. Azər Fərəc – 112- 177 AZN

Fetal ulstrasonoqrafiya üzrə mütəxəssisdir. Özəl klinikada çalışır, bu məbləğə hamilə qadının iki dəfə dopleri daxildir. Məbləğ birinci qəbulda ödənilir. 

2. Zakir Əliyev – 150 AZN

Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru. Həm dövlət, həm də özəl klinikada çalışır. 

3. Uzman psixiatr İkram Rüstəmov – 120 AZN 

Daha çox uşaqlarda autizm diaqnozunun təsdiqlənməsi üçün valideynlərin seçimi olur. Özəl klinikada çalışır. 

4. Dermatoloq Leyla Mirzoyeva– 100 AZN 

5. Mama-ginekoloq Aytən Səfərova - 100 AZN 

6. Psixoloq Babək Bayramov - 100 AZN

7. Ginekoloq-cərrah Turab Canbaxışov - 95 AZN 

8. Pediatr Erkin Rəhimov – 90 AZN 

9. Ginekoloq Natiq Məhərrəmov – 90  AZN 

Siyahını çox uzatmaq olar. Hələ ki, bir çox həkimlər 90 manat civarında qalıb. Amma qəbulu 70-80-85-90 manata olan həkimlər də az deyil. 

Pediatr, psixiatr və ginekoloqların 100 manata yaxınlaşan qiymətləri isə bir qədər ürəkaçan deyil. Nəzərə alsaq ki, pediatr və ginekoloqlar xəstəni əlavə olaraq analiz və müayinələrə də göndərir, məbləğ daha da artır. 

Bakucity.az

Bakı həkim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər