Bədii filmin sauntreki olan “Atmosfer” kompozisiyası təqdim olunub.
Sentyabrın 5-də Bakıda “Jara” filminin təqdimatı keçiriləcək.
Bakucity.az xəbər verir ki, bununla əlaqədar filmdə baş rolda çəkilən rusiyalı aktrisa Diana Pojarskayanın ifasında ekran əsərinin sauntreki təqdim edilib.
Video Azərbaycan Xalq artisti Emin Ağalarovun “YouTube” səhifəsində yerləşdirilib.
“Jara” filminin çəkilişləri 2018-ci ildə Bakıda keçirilən eynadlı beynəlxalq musiqi festivalı çərçivəsində aparılıb.
“Team Films” şirkəti tərəfindən çəkilən filmdə Rusiya şou-biznesinin tanınmış simaları – Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, EMIN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və digərləri yer alıblar.