Ehtiyyatlı olun: Bakıda polis bu şəxsi axtarır - FOTO

Ehtiyyatlı olun: Bakıda polis bu şəxsi axtarır - FOTO

Sentyabrın 4-də bəzi xəbər saytlarında “Bakıda sahibkarı belə aldatdılar” adlı yazı dərc olunub.

Bakucity.az xəbər verir ki, vətəndaşın şikayətinə polisin etinasız yanaşması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, polisin vətəndaş müraciətinə etinasızlığı ilə bağlı deyilənlər həqiqətdən uzaqdır:

“Vətəndaşın 102 Zəng Mərkəzinə müraciəti ərazi üzrə Səbail RPİ-yə ötürülüb və fakt üzrə müvafiq təxirəsalınmaz tədbirlər görülüb. Dələduzluğa məruz qalan şəxs Baş İdarəyə dəvət olunaraq, görülən işlər onun diqqətinə çatdırılıb”.

Araşdırma zamanı məlum olub ki, vətəndaşın etibarından sui-istifadə edən, müxtəlif adlar və qiyafələrdə sahibkarlara özünü “Hacı Ramin” kimi təqdim edən, 1988-ci il təvəllüdlü, Lənkəran şəhərində anadan olan Kərimov Cəbrayıl Mikayıl oğludur.

O, 26 iyul 2019-cü ildən Səbail RPİ tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə axtarışa verilib.

Fakt üzrə toplanan material axtarışda olan C.Kərimov barəsində olan digər cinayət işinə əlavə edilib:

 “İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs avqustun 31-də “Sədərək” Ticarət Mərkəzinə gələrək uşaq oyuncaqları mağazasından 3000 manat dəyərində oyuncaqları yeni açdığı mağazaya tədarük edəcəyini deyərək ünvana çatdırılması üçün sifariş verib. Yolda sahibkarın etibarından sui-istifadə edərək ondan 210 manat alaraq, gedəcəkləri ünvanda qaytaracağını vəd edib, lakin avtomobildən düşərək naməlum istiqamətə gedərək qayıtmayıb”. 

Bakucity.az

Bakı sahibkar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər