Bakıda çəkilən foto Rusiyada müsabiqənin qalibi oldu

Bakıda çəkilən foto Rusiyada müsabiqənin qalibi oldu

“Nikon 2019” müsabiqəsinin qalibləri elan olunub.

Bakucity.az xəbər verir ki, bu il mükafatlar uğrunda 4359 rusiyalı fotoqraf mübarizə aparıb.

“Qran-pri” nominasiyasında müsabiqənin qalibi Moskvadan olan Nataliya Andrianova olub. O, Bakıda Heydər Əliyev Mərkəzinin fonunda çəkdirdiyi foto ilə qələbə qazanıb.

Münsiflər hesab edirlər ki, Natalyanın “Nikon D7100” aparatı ilə çəkdiyi foto təxəyyül üçün yeni sərhədlər açır və azadlığın rəmzidir.

Bakucity.az

Bakı foto
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər