Bakıda burun əməliyyatından sonra ölən polisin fotosu yayıldı

Bakıda burun əməliyyatından sonra ölən polisin fotosu yayıldı, Seymur

Əməliyyat cərrah İdrak Əhmədov tərəfindən keçirilib.

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı rinoplastika əməliyyatından sonra dünyasını dəyişib.

Bakucity.az-ın məlumatına görə, unikal.org saytı dünyasını dəyişən 1971-ci il təvəllüdlü Sevinc Qəribovanın fotosunu əldə edib.

Qeyd edək ki, əməliyyat sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilib. 

Mərhumun yaxınları bildiriblər ki, S.Qəribova əməliyyatdan sonra ayılıb, danışıb, lakin dörd saat sonra onun təzyiqi düşüb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Dünyasını dəyişən Sevinc Qəribova həm də polis serjantı olub. Ailəli olan qadının doqquz yaşlı bir qızı var.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı polis əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər